Bu rayonlarda 12 minə yaxın uşaq I sinfə qəbul üçün

Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində bu il birinci sinfə gedəcək 12 minə yaxın uşaq məktəbə qəbul üçün artıq qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, adları qeyd edilən ərazilərdə 17 873 uşaq bu il 1-ci sinfə gedəcək.

Bu il ilk dəfə olaraq, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu üçün elektron sistem tətbiq edilir. Elektron sənəd qəbuluna martın 12-dən başlanılıb. Uşaqların I sinfə qəbulu üçün www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçmək lazımdır.

Bu görüntülərin harada çəkildiyi məlum deyil - Bir anda baş verdi... / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)