BŞTİ tərəfindən işə qəbul üzrə elan edilən - müsabiqə başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqə yekunlaşıb.

İdarədən Metbuat.az-a verilən məlumata görə, nəticələrə əsasən, müsabiqənin bütün mərhələlərində uğurlu nəticə göstərmiş şəxslər TDM-də metodist (mentor) vəzifəsinə işə qəbul olunub.

Qeyd edək ki, BŞTİ-nin nəzdində fəaliyyət göstərən TDM ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə TDM tərəfindən müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verilir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərilir.

Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarəolunması, Təhsilalanlarla işin təşkili və idarəolunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.

Çempionlar Liqasında 1/4 finalın - PÜŞKÜ ATILACAQ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR