"Trabzonsor" "Qarabağ"da icarə əsasında çıxış edən millimizin üzvü Ramil Şeydayevi birdəfəlik sata bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. "Fotomaç" nəşri yazıb ki, 22 yaşlı forvardın çıxışını nəzarətdə saxlayan Qara dəniz təmsilçisinin rəhbərliyi istənilən səviyyəyə çatmayacağı təqdirdə mövsümün sonunda Şeydayevi satmağa hazırdır.

Qeyd edək ki, Ramil bu mövsümün əvvəlindən icarə əsasında "Qarabağ"da çıxış edir.

Milli.Az