Futbol üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib.

Milli.Az report.az-a istinadən bildirir ki,, baş məşqçi Qurban Qurbanov Belarus yığması ilə yoldaşlıq görüşündə kapitan sarğısını qapıçı Kamran Ağayevə həvalə edib.

Bakı Olimpiya Stadionunda keçiriləcək matç 20:00-da başlayacaq.

Qeyd edək ki, millinin əvvəlki kapitanı Rahid Əmirquliyev Belarus və Makedoniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət olunmayıb.

Milli.Az