Afrin tamamilə azad edildi -

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrini tamamilə terrorçulardan azad edib.

Metbuat.az-ın məlumatına görə, hərbçilər Afrindəki bütün kəndlərdə nəzarəti tam təmin edib.Ümumilikdə 233 məntəqə terorrçulardan təmizlənib.Bu da 2 min kavdrat km ərazi deməkdir.Hazırda hərbçilər ərazilərin minalardan təmizləmə prosesini davam etdirir.

Təkcə bu gün yüksək dağıdıcı təsirə malik 4 partlyacı qurğu zərərsizləşdirilib. 10 tunel və iki silah anbarı aşkarlanıb. Bölgədə terrorçulardan tərəfindən sığınacaq və silah anbarı kimi istifadə olunan daha bir neçə gizli tunelin olduğu güman edilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR