Azərbaycanda ehtiyat dərsliklər - 2 fənn üzrə hazırlanacaq

Azərbaycanda ehtiyat dərsliklər I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanacaq.

Metbuat.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli sərəncamına əsasən, Təhsil İnstitutu nəzdində yaradılmış Tədris Resursları Mərkəzi tərəfindən ehtiyat dərsliklərin hazırlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Artıq mərkəz tərəfindən mütəxəssislər cəlb edilməklə I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə dərsliklərin hazırlanmasına başlanılıb.

Qeyd edək ki, keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər "eksperimental dərslik" sayılacaq. Nazirliyə dərslik təklif olunmadıqda, yaxud təklif olunmuş dərsliklərin keyfiyyəti qənaətbəxş sayılmadıqda, istifadəyə ehtiyat dərslik verilə bilər.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR