Bu gün Azərbaycan Premyer Liqasında fasilə başa çatır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandanın oyunları ilə əlaqədar verilmiş aradan sonra ölkə çempionatı qaldığı yerdən - XXI turdan davam edir.
Tura Gəncədə start veriləcək. "Kəpəz" öz meydanında bu il işləri yaxşı getməyən "Zirə"ni qəbul edəcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan Yunis Hüseynovun yetirmələri qələbə qazanaraq, azarkeşlərini sevindirmək niyyətindədi.
Öz növbəsində, "Zirə" də bu görüşə 3 xal üçün çıxacaq. Paytaxt təmsilçisi Premyer Liqadakı 6 oyunluq qələbəsizlik seriyasına son qoymaq, "qara zolaq"dan çıxmaq arzusundadı. Sonuncu dəfə XIV turda "Səbail"ə qalib gələn Ayxan Abbasovun yetirmələri Beynəlxalq Gülüş günündə azarkeşlərini güldürməyə çalışacaqlar.
Günün ikinci matçında çempionatın lideri "Qarabağ" meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri autsayderlər qrupunda qərarlaşan "Keşlə"ni qəbul edəcək. Bu komandaların cari mövsümdəki hər iki duelində Ağdam klubu sevinən tərəf olub - 1:0, 2:0.
Bu dəfə də matçın favoriti "Qarabağ"dı. Bununla belə, "Keşlə" də meydana asan təslim olmaq üçün çıxmayacaq. Fasilədən öncə "Qəbələ" ilə heç-heçə (1:1) edən bakılılar son çempionla qarşılaşmada da xal qazanmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
1 aprel (bazar)
"Qarabağ" - "Keşlə" - 0:1
Qol: Slavik Alxasov, 34
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
"Azərsun Arena"
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 10. Pedro Enrike, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 70. Nicat Süleymanov 77. Donald Qerye, 90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
"Keşlə": 1. Kamran Ağayev (k) , 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 14. Andre Klennon, 19. Pablo Podio, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov
"Kəpəz" - "Zirə" - 0:0
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu
"Kəpəz": 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Federiko, 16. Quili Mandqaladze, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 48. Dieqo Souza, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 9. İlkin Sadıqov, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 10. Tural Rzayev, 8. Samir Zərgərov, 11. Kamran Abdullazadə
Baş məşqçi: Yunis Hüseynov
"Zirə": 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 16. İbrahim Aslanlı, 18. Yani Urdinov, 29. Comal Uilyams, 43. Riçard Qadze, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Aleksandr Dedov, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 14. Tellur Mütəllimov, 17.Vüsal İsgəndərli, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov
Baş məşqçi: Ayxan Abbasov
Turnir cədvəli
|
1 |
Qarabağ |
20 |
15 |
4 |
1 |
30-7 |
49 |
|
2 |
Qəbələ |
20 |
12 |
3 |
5 |
34-20 |
39 |
|
3 |
Sumqayıt |
20 |
10 |
4 |
6 |
26-21 |
34 |
|
4 |
Zirə |
20 |
9 |
6 |
5 |
28-20 |
33 |
|
5 |
Neftçi |
20 |
8 |
3 |
9 |
24-22 |
27 |
|
6 |
Səbail |
20 |
5 |
3 |
12 |
14-28 |
18 |
|
7 |
Keşlə |
20 |
4 |
4 |
12 |
17-32 |
16 |
|
8 |
Kəpəz |
20 |
3 |
1 |
16 |
13-36 |
10 |
Bombardir: Baqali Dabo ("Qəbələ") - 12 qol
Milli.Az