Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən "Qarabağ" - "Keşlə" matçında qonaqların qapıçısı Kamran Ağayev zədələnib.
Publika.az xəbər verir ki, Azərbaycan milli komandasının kapitanı görüşün 40-cı dəqiqəsində əvəzlənib.
Onun yerinə meydana Orxan Sadıqlı daxil olub.
Qarşılaşmada birinci hissədən sonra hesab 1:1-dir. (report)