Masallıda inzibati binada yanğın baş verib

Masallıda inzibati bina yanıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, rayonun Qızılavar kəndində ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m olan otağın yanar konstruksiyaları 10 kv.m sahədə, 2 p.m telefon kabeli və lambirdən ibarət tavan 60 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR