Nyu-Yorkda yerləşən "Trump Tower"in 50-ci mərtəbəsində yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində binada yaşayan bir nəfər həlak olub, 4 yanğınsöndürən isə yüngül xəsarətlər alıblar.

Yanğın xidməti nümayəndələrinin sözlərinə görə, hadisə yerində 200-ə yaxın yanğınsöndürən işləyir. Yanğının səbəbləri hələlik açıqlanmır.

Milli.Az