Ali məktəblərə qəbul olmaq istəyən 31 min nəfər ərizəsini

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu davam edir.

Metbuat.az-ın xəbərinə görə, aprelin 9-u saat 10.30-a olan məlumata əsasən, ilk qəbul imtahanında iştirak üçün 31 349 abituriyent (26 789 nəfər Azərbaycan bölməsi, 4560 nəfər rus bölməsi), ikinci qəbul imtahanında iştirak üçün isə 376 abituriyent (320 nəfər Azərbaycan bölməsi, 56 nəfər rus bölməsi) qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər.

İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qrupları üzrə isə iyulun 26-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)