Ermənistan ordusunda qeyri-döyüş şəraitdən ölənlərin sayı kifayət qədərdir. Aylıq statistikaya nəzər yetirdikdə də bunun nəticəsini görmək mümkündür. Ancaq Ermənistan rəhbərliyi ciddi-cəhdlə bu ölüm hallarını gizlətməyə çalışır.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov bildirib ki, qeyri-döyüş şəraitində itkilərin olmasının birinci səbəbi nizam-intizamın zəif olmağıdır. Nizam-intizam isə ona görə zəifdir ki, birincisi təminatda ciddi problemlər var. İkincisi, həddindən artıq böyük haqsızlıqlar olur. Bunlar da qeyri-döyüş itkilərinin çoxalmağına gətirib çıxarır.
Hakimiyyət baş verənlərə ona görə göz yumur ki, bunun qarşısını almağa imkanı yoxdur. Çünki buna külli miqdarda vəsait lazımdır, korrupsiyadan azad olmaq lazımdır. Düzgünlüyə riayət edilməlidir, əsgərlərin, hərbi qulluqçuların ədalətli şəkildə mükafatlandırılması və cəzalandırılması lazımdır. Bütün bu səbəblər ona görədir ki, lazımi vəsait yoxdur, təminat məsələsində ciddi problem var, korrupsiya var, haqsızlığa yol verirlər, nizam-intizam aşağı səviyyədədir. Əsgər döyüş təlimləri keçməlidir, amma bunun üçün də vəsait yoxdur. Səbəb ancaq bunlardır”.
Günay Elşadqızı / METBUAT.AZ
“Ayrılan ianələr yenə də Serj Sarkisyanın əlində olacaq” – Tahir Kərimli