Bakıda binada yanğın -

Bakı şəhəri, Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m² olan köməkçi tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Metbuat.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub.

Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR