Əməkdar artist Elza Seyidcahan Mətanət İkəndərlidən inciyib.
Metbuat.az xəbər verir ki, Elza Seyidcahan həmkarının qızının toyunda diqqətdən kənar qaldığı üçün həmkarından inciyib.Bu haqda əməkdar artist Mətanət İskəndərli ATV maqazinə açıqlama verib.
“Harda rastlaşırıq görürəm ki nəsə var Elzada. Hiss edirdim ki, məclislərdə qarşılaşanda məndən uzaq gəzir. Səbəbini də ki demir. Əgər bir adam toyda səndən inciyirsə, deməli, o səni çox istəmir. Vallah qızımın toyunda elə halda idim ki... Buna görə, toyda adamdan inciməzlər. Çünki toyda adam başını itirir. Heç vaxt toya gedib, ev sahibindən incimərəm”.
Həmçinin Elza Seyidcahanın həmkarından ona verdiyi mahnını oxumadığı üçün də inciyib. Bəstəsinin oxunmadığını görən Elza mahnını İradə İbrahimovaya təklif edib.
Bunu eşidən Mətanət həmkarının inciməsinə haqq qazandırsa da onu hədələyib:
"Elza, səni öldürərəm. Mahnını özüm oxuyacam".
| Mətanət Əsədova Azərbaycanı TƏRK EDİR? - "Bezmişəm"
/ VİDEO - Oxumaq üçün tıkla |