Ata ehtiyatsızlıqdan 4 yaşlı oğlunu öldürüb

Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov avtomobillə ehtiyatsızlıqdan oğlu 4 yaşlı Ayxanı vurub və nəticədə uşaq hadisə yerində ölüb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, hadisə aprelin 17-də saat 17 radələrində baş verib.

Adil İsmayılov evinin həyətində “Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurub və uşaq hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Monitorinq insidentsiz başa çatıb - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR