Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, turun ilk oyununda “Başakşəhər” “Kayserispor”u qəbul edib. Meydan sahibləri bu qarşılaşmadan inamlı qələbə ilə ayrılıblar.
Lider “Qalatasaray” şənbə günü meydana çıxıb. “Cim-bom” səfərdə “Alanyaspor”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə çətin qələbəyə sevinən lider zirvədəki mövqeyini qoruyub.
Türkiyə Super Liqası, 30-cu tur
20 aprel
Başakşəhər - Kayserispor 3:1
Qol: Viska, 28. A.Turan, 66. Elia, 90 - U.Bulut,
54.
21 aprel
Gənclərbirliyi - Osmanlıspor 0:3
Qol: Reqattin, 26; 74. S.Gürler, 77.
Karabükspor - Bursaspor 1:4
Qol: M.Akın, 45 - Batalya, 36. Sou, 45.
B.Yardımçı, 60. Stanku, 90.
Trabzonspor - Sivasspor 0:2
Qol: H.Arslan, 45. Kone, 90.
Alanyaspor - Qalatasaray 2:3
Qol: Fernandes, 22. E.Akbaba, 60 - Qomis, 4.
Tsavellas, 16-avtoqol. S.Gümüş, 82.
22 aprel
17:00 Akhisar - Göztəpə
17:00 Konyaspor - Kasımpaşa
20:00 Beşiktaş - Yeni Malatyaspor
23 aprel
21:00 Fənərbaxça - Antalyaspor