Göygöldə minik və yük avtomobilləri toqquşub

Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" adlanan ərazidə baş verib.

Hərəkətdə olan “VAZ21015” markalı minik və “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində “VAZ21015” -də olan sərnişin, 1977-ci il təvəllüdlü Əziz İsgəndərov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda zəlzələ oldu - Rəsmi açıqlama - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR