Bakıda metroda qadın intihar edib.
Metbuat.az-ın trend-ə istinadən verdiyi məlumata görə, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə saat 12:50 radələrində metronun "28 may" stansiyadında baş verib.
"İçəri şəhər" - "Həzi Aslanov" istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. Hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhfil verilib.
Araşdırmalardan sonra özünü qatarın altına atan qadının Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı olduğu müəyyənləşib.
Sumqayıtda dənizə çıxan 2 nəfər geri qayıtmayıb - Axtarışlar aparılır - Oxumaq üçün tıkla