ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.

Publika.az xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən əməkdar artist dayısı ilə bağlı xatirələrini bölüşüb:

“İndiki gündə elə qızlar var ki, heç atadan, qardaşdan qorxmurlar. Amma mən indiki gündə dayımdan qorxuram. İndilər elə edir ki, elə bil ataları, qardaşları yoxdur. Mən konservatiroyada oxuyanda 6-dan gec evə gəlirdimsə, dayım anamı bizə qatıb döyərdi ki, siz gecə vatxı hardasız?”

Verilişdən görüntüləri təqdim edirik: