​İrəvanda bu gün hakimiyyətin taleyi həll olur

Erməni xalqı ötən gün 20 ildən artıqdır Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtardı.

Belə ki, aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı davam edən aksiyalar nəticəsini verdi. Ermənistanın baş naziri Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verdiyini açıqladı.

Sarkisyanın istefasından sonra, Qarabağ klanının vəziyyəti necə olacaq? Azərbaycanın Qarabağla bağlı hansısa addım atması mümkündür?

Metbuat.az-ın suallarına cavab verən millət vəkili Zahid Oruc bildirib ki, Qarabağ klanının vəziyyəti çox pis olacaq:

“Çünki onlar keçmiş iqtidarı qorumaq məqsədilə bir müddət sadə xalq məktubları təşkil edirdilər. Bu, süni təşkil olunmuş və İrəvandakı aksiyaçıları xəyanətkar adlandırmağa xidmət edən, vahid erməni xalqının bölücüyündə onları günahlandıran qüvvələr idi. Sarkisyan generalları mətbuat konfransına gətirdi ki, arxa cəbhədəki əsgərlərin sakitlik istəyini göstərsin. Bu, açıq şəkildə ordunun savaşa atılması demək olardı. Lakin silahlı qüvvələr üsyançıların tərəfinə keçdikdən sonra onlar dayanmaq məcburiyyətində qaldılar. Sarkisyanın istefasından sonra onun uzun illər ərzində öz boyuna biçdiyi qüvvələr qitidardan getməli olacaqlar. Belə olan halda sual yaranır: Onların yerinə gələcək alternativlər kimlərolacaq? Budur məsələ. Çünki qüvvələrin hamısı darmadığın edilib.

Hadislərin növbəti ssenarsini proqnozlaşdırarkən fikir verməliyik ki, parlamentin müxalif tərəfi zəifdir. Orada müqavimət potensialının bütün gücünə baxmayaraq, siyasi elitadakı durumu o qədər də sadə qiymətləndirmək olmaz. Yəni, Ermənistanda baş nazir dəyişsə də, sistem olduğu kimi qalacaq, Rusiya yenə Ermənistana dəstəyini davam etdirəcək. Qərbin əlinə keçən hakimiyyət o zaman reallaşardı ki, onun üçün yalnız xalq dayaqlarından, sadə sıravi insanların potensialından kənar, ictimai institutlar, təşkilatlanmış digər qüvvələr fonunda böyük hərəkatlar mövcud olardı. Ermənistanda baş verən hadisələri geopolitik inqilab adlandırmaq olmaz. Amerikanın ən böyük səfirliyi Ermənistanda olmasına baxmayaraq, canışinlik, Gümrü hərbi bazası, “İsgəndər” raketi, sərhədi qoruyan rus ordusu, həmçinin əsas kuratorlar bu gün İrəvan üzərində hakimiyyətin taleyini həll edəcəklər. Əslində, Ermənistanın ümumi vəziyyəti müstəqillik baxımından Abxaziyadan yaxşı bir şəraitdə deyil. Kimsə düşünürsə ki, Qafqazda Gürcüstandan sonra Ermənistanı da itirilə bilər, bu, 100 il əvvəl İrəvan, Qafqaz uğrunda məlum döyüşlərin ortaya çıxmasına səbəb olar. Qərbpərəstlik İrəvanda hakimiyyətə gələrsə, regionda qüvvələr nisbəti dəyişər. Türkiyə və Azərbaycan İrəvanı götürər. Belə bir şəraitin formalaşmasını arzulasaq da, onu yetişdirmək həddindən artıq çətindir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycan XİN münaqişənin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları - davam etdirməyə hazırdır - TIKLAYIN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR