Təhsil Nazirliyi "Təhsil haqqında" qanunla bağlı yeni

Təhsil Nazirliyi "Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb.

Metbuat.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanun 2009-cu ildə qəbul olunub. Buna görə də qanunda bir sıra yeniliklərin edilməsinə, bəzi dəqiqləşdirmələrin aparılmasına, o cümlədən Təhsilin Inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var:

"Güman edirəm ki, yaxın müddət ərzində "Təhsil haqqında" qanuna dəyişikliklərin edilməsi üçün hazırlanmış təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişikliklərin edilməsi təhsilin əlçatanlığının təmin edilməsinə , qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycanın təhsil sistemində tətbiqinə əhəmiyyətli töhfə verəcək".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)