Məcburi köçkünlərin məskunlaşdığı binada YANĞIN

Məcburi köçkünlərin məskunlaşdığı binada YANĞIN
19:05 25 Aprel 2018
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Milli.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib.

Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb. 

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında qurumun əməkdaşları dərhal həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olublar.

Məlumatda həmçinin qeyd olunur ki, operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/645566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR