Braziliyanın San-Paulu şəhərində sakinlər dəhşətli anlar yaşayıb.
Metbuat.az-ın məlumatına görə, 26 mərtəbəli binanın yanması sonda göydələnin aşmasıyla nəticələnib. 3 nəfərin taleyi barədə məlumat yoxdur. Onların dağıntılar altında qala biləcəyi ehtimal olunur.
Qeyd edək ki, yanğın zamanı binadan cəmi 150 nəfər təxliyə olunub. Bildirilir ki, həmin binada evsizlər məskunlaşıbmış. Alov yaxınlıqdakı digər binaya da keçsə də, yanğınsöndürənlər onu vaxtında ram edə bilib. Lakin bütünlüklə yanan göydələnin aşmasının qarşısını almaq mümkün olmayıb.
Sübhan / METBUAT.az