Braziliyanın San-Paulu şəhərində hündürmərtəbəli binada yanğın baş verib və bina uçub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, binanın uçması nəticəsində 45 nəfər itkin düşüb. Daha əvvəl bir nəfərin öldüyü və 3 nəfərin itkin düşdüyü bildirilirdi.
Məlumata əsasən, 45 nəfərin itkin düşməsi barədə məlumat dəqiq deyil, uçan binada yaşayan 45 nəfərin harada olduğu məlum olmadığından onlar binanın uçması nəticəsində itkin düşmüş sayılır.
Milli.Az