Topaz Premyer Liqada 26-cı tura start
verilib.
Publika.az xəbər verir ki, turun açılış günündə bir görüş
keçirilib.
"Sumqayıt" Gəncədə autsayder "Kəpəz"in qonağı olub. Ardıcıl iki
oyundur məğlub olan Samir Abasovun komandası bu matçda da xal
itirib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun digər görüşləri mayın 5-i və 6-da
keçirilcək.
4 may (cümə)
16:00.“Kəpəz” – “Sumqayıt” - 1:1
Qollar: Dario Federiko, 66-pen (1:0), Amil Yunanov, 86
(1:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal
Qənbərov, Vüqar Həsənli
Gəncə şəhər stadionu
5 may (şənbə)
17:00.“Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov
“Bayıl Arena”
19:00.“Qəbələ” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
Qəbələ şəhər stadionu
6 may (bazar)
19:00.“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
“Azersun Arena”