Gəncədə Heydər Əliyev prospekti bina 6-da yanğın davam edir.
Milli.Az ARB Kəpəz-ə istinadla xəbər verir ki, tüstülənmə 2 mərtəbəli yaşayış binasının dam örtüyündən başlayıb.
Hadisə yerinə FHN-nin 6 texnikası və canlı qüvvəsi cəlb olunub. Sakinlər binada təxliyə edilib. Sakinlər qabaqlayıcı tədbirlər görərkən 2 nəfər FHN-nin əmədaşının xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Milli.Az