Gəncədə yaşayış binasında yanğın olub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhərin Heydər Əliyev pospektində yerləşən 2 mərtəbəli binada başlayan yanğının söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Yanğının genişlənməsinin qarşısı alınıb. Sakinlər təxiliyə olunub. Alovun tam söndürülməsi mümkün olub.
Yanğının söndürülməsində iştirak edən Gəncə yanğından mühafizə idarəsinin iki yanğınsöndürəni - 30 yaşlı Zirəddin Məmmədov və 29 yaşlı Namiq Lələyev xəsarət alaraq Gəncə təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.
Milli.Az