Bu çörəyin qiymətinə inanmayacaqsız

Türkiyənin Kahramanmaraş şəhərində qida, qastronomiya və yerli mətbəx sərgisi təşkil olunub. Növbənöv məhsulların olduğu sərgi mayın 4-də Kahramanmaraş Sərgi Mərkəzində başlayıb.

Metbuat.az xəbər verir ki, sərgidə bir çox yerli mətbəxlə yanaşı Kahramanmaraşın bibəri, dondurmasının da olduğu məhsullar böyük maraqla qarşılanıb. Türkiyənin müxtəlif şəhərlərindən 30-dan çox firmanın vitrin açdığı sərgidə Giresundan gəlmiş Yakup Özyılmazelin vitrini xüsusi marağa səbəb olub. Çörək, lobya, qarğıdalı unu, pendir, kərəyağı kimi təbii məhsullar satan Özyılmazelin ən çox diqqət çəkən məhsulu nəhəng çörəklər olub.

Yakup Özyılmazel sərgidə istifadə müddəti 6 ay olan çörəyin 1 kiloqramını 10 lirəyə satıb. Ağırlığı tərəzidə 7 kiloqram 750 qram gələn çörəyin qiyməti 77 lirə olub və Kahramanmaraşlılar tərəfindən maraqla qarşılanıb.

Çörəyin hazırlanmasında buğda unundan və turş mayadan istifadə edildiyinə görə, çörək xarab olmadan uzun müddət istifadə oluna bilir.

Devasa ekmekler

Kilosu 10 TL

http://matbuat.az/news/948325/11-heyat-yoldasi-olm...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR