Türkiyədə Afyonkarahisar Dövlət Xəstəxanasında suriyalı bir qadın xəstəxana işçisinin geyimini geyərək bir ailənin yeni doğulmuş körpəsini qaçırıb.
metbuat.az xəbər verir ki, körpənin anası vəziyyəti öyrəndikdən sonra tibb bacılarına və təhlükəsizlik işçilərinə xəbər verib. Xəstəxanaya gələn polis işçiləri təhlükəsizlik kameralırını gözdən keçirib. Özünün də suriyalı olduğu bildirilən qadının kimliyinin müəyyən edilməsi və körpənin tapılması üçün axtarışlar başladılıb.
Hadisəni təstiq edən xəstəxananın baş həkimi Mehmet Duran isə istintaq başladığını deyib. Hadisə Səhiyyə Nazirliyinə də bildirilib.
Oğurlanan körpə Suriyadakı daxili müharibədən qaçaraq Hələbdən 2 il əvvəl Afyonkarahisara gələrək burada evlənən ailənin ilk uşaqları olub