"Rubin" və Türkiyə millisinin sabiq futbolçuları Fatih Tekke və Gökdeniz Karadeniz doğma klubu "Trabzonspor"a qayıda bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi onlara məşqçilik təklif edib.
Tərəflər artıq görüşüb müzakirə aparıblar. Karyerasını mayın 7-si başa vuran Gökdeniz, həm də "Rubin"də Kurban Berdıyevin köməkçisi də ola bilər.
Milli.Az