Türkiyə yığmasının baş məşqçisi Mirça Luçesku yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis 27 oyunçuya dəvət göndərib.
İran, Tunis və Rusiya ilə yoldaşlıq görüşlərində bir neçə aparıcı futbolçu iştirak edə bilməyəcək. Belə ki, Burak Yılmaz, Gökhan Gönül, Səlçuk İnan, Sərdar Aziz, Ömər Toprak, Enes Ünal, Əmrə Mor və Caner Erkin zədə səbəbindən yığmadan kənarda qalıblar.
Qapıçılar: Okan Koçuk ("İstanbulspor"), Sərkan Kırıntılı ("Konyaspor"), Volkan Babacan ("Başakşehər");
Müdafiəçilər: Şener Özbayraklı, Mehmet Topal, Hasan Ali Kaldırım (hamısı "Fənərbağça"), Mehmet Zəki Çelik ("İstanbulspor"), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Kaan Ayhan ("Fortuna", Almaniya), Ömər Bayram ("Akhisarspor"), Ərtuğrul Ərsoy ("Bursaspor");
Yarımmüdafiəçilər: Abdülkadir Ömür, Okay Yokuşlu, Yusuf Yazıcı (hamısı "Trabzonspor"), Cengiz Ündər ("Roma", İtaliya), Dəniz Türüç ("Kayserispor"), Əmrə Akbaba ("Alanyaspor"), İrfan Can Kahveci, Mahmut Təkdəmir (hər ikisi "Başakşehər"), Oğuzhan Özyakup ("Beşiktaş"), Tarkan Sərbəst ("Avstriya", Avstriya), Hakan Çalhanoğlu ("Milan", İtaliya), Kənan Karaman ("Hannover", Almaniya), Sərdar Gürlər ("Osmanlıspor"), Yunus Mallı ("Volfsburq", Almaniya);
Hücumçular: Cenk Tosun ("Everton", İngiltərə), Umut Bulut ("Kayseripor").
Qeyd edək ki, Türkiyə yığması mayın 28-də İran, iyunun 1-də Tunis, 5-də isə Rusiya ilə yoxlama matçında üz-üzə gələcək.
Milli.Az