Oruc tutanların NƏZƏRİNƏ:

Mütəxəssislər sağlam oruc tutmaq üçün 3 vacib məqamı açıqlayıb.

Metbuat.az xəbər verir ki, həkimlər imsakda sosis, sucuk, kolbasa kimi işlənmiş məhsullardan uzaq durmağı məsləhət görür. Mütəxəssislər deyir ki, bu qidalar gün boyunca həzmsizlik və susuzluq hissi yaradır.

Sağlam şəkildə oruc tutmaq üçün qan şəkərinin normada olması vacibdir. Xüsusilə, imsakda süd və süd məhsulları tərkibli qidalar və içkilər istehlak etmək susuzluq hissini azaldacaq və daha rahat olmağınızı təmin edəcək. Ancaq şişkinlik probleminin yaranmaması üçün imsakda şəkərsiz süd içmək lazımdır. Qan şəkərini nizamlamaq üçün südün içinə darçın əlavə edə bilərsiniz. Darçını imsakda yediyiniz qatığa, çaya da əlavə etmək faydalıdır.

Azərbaycan kərə yağı idxalından asılılığı xeyli - AZALDACAQ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR