Daha bir ölkənin İsraildəki səfirliyi Tel-Əvivdən Qüdsə köçürülüb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ və Qvatemaladan sonra Paraqvayın da Qüds şəhərində səfirliyi açılır.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 61 fələstinli ölüb, 2700-ü yaralanıb.

Bəxtiyar Umarlı
Milli.Az