Daha bir ölkə səfirliyini Qüdsə köçürdü

ABŞ və Qvatemaladan sonra Paraqvay da İsraildəki səfirliyini Qüdsə köçürüb.

Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, bu gün keçirilən açılış mərasiminə Paraqvay prezidenti Horacio Cartes və İsrail baş naziri Binyamin Netanyahu da qatılıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp keçən il dekabrın 6-da Qüdsü "İsrailin paytaxt"ı elan edib. Ölkəsinin Tel-Əvivdə yerləşən səfirliyini isə keçən həftə rəsmi açılış mərasimi ilə Qüdsə köçürüb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR