Gizem Karacanın evindən

Çağatay Ulusoy və Gizem Karacanın da aralarında olduğu 34 şübhəlinin mühakimə olunduğu məhkəmədə aktyorlar “narkotik maddə ticarəti” cinayətindən 4 il 2 ay həbs cəzası alıb.

Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, məşhurların evindən çıxan dəlillər və telefon danışıqları cəzanın ən böyük səbəbi olub.

Gizem Karacanın evindən narkotik maddə üyüdən maşın, Çağatay Ulusoyun evindən 7.9 qram narkotik maddə ələ keçirilib.

Dostları ilə görüşdükdə maraq üçün narkotik maddə istifadə etdiyini deyən aktrisa Gizem Karacanın evindən narkotik üyüdülməsində istifadə olunan 2 metal qurğu çıxıb.

Qurğunu Vyanada bir mağazadan sarımsaq üyütmək üçün aldığını deyən Karaca onun narkotik maddə hazırlanmasında istifadə edildiyini bilmədiyini və istifadə etmədiyini deyib.

Çağatay Ulusoy ilə qısa müddət münasibəti olduğunu deyən Karaca “ Çağatay narkotik istifadə edir. Onunla birlikdə istifadə etmişik. Heç kimi narkotiklə təmin etməmişəm. Öz istifadəm üçün də narkotik maddə almamışam” deyə bildirib.

http://matbuat.az/news/954670/itini-qucaqlayaraq-y...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR