ABŞ, Qvatemala və Paraqvayın Qüdsdə səfirlik açması ilə alov topuna dönən Orta Şərqdə bu gün yenə silah səsləri eşidilib.

Metbuat.az "Miliyyet.com"a istinadən xəbər verir ki, fələstinlilərin Qəzza zolağından keçdiyini iddia edən İsrail ordusu onlara tankla hücum edib. İsrail ordusu bir tankın Qəzzadakı Həmas hədəflərinə atəş açdığını bildirib.

İsrail hərbi maşınına atəş açılması üzərinə əməliyyat başlayıb. Əsgərlər İordan çayının qərb sahilindəki Ramallah şəhərində şübhəli fələstinlini axtarır.

Aysel Yaqubqızı / Metbuat.az