"Azərsu" abunəçilərin işini asanlaşdırdı

Mayın 1-dən "Azərsu" Açıq Səhmdar Cəmiyyəti yeni xidməti abonentlərin istifadəsinə verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu qurumda keçirilən mətbuat konfransında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin İKT departamentinin rəhbəri Emil Əhmədov deyib.

O qeyd edib ki, yeni xidmət oxucu müştəri xidmətidir: "Abonent bu xidmət vasitəsilə istifadə etdiyi suya görə ödənişi elektron formada edə biləcək. Bunun üçün abonent "elektron.gov.az" portalına daxil olaraq xidməti seçir, həmin xidmətə sayğacın zavod nömrəsini, plomb nömrəsi, sayğacın şəklini çəkib göndərir. Müraciətə qəbul olunandan sonra 5 iş günü müddətində baxılır və elektron formada faktura abonentə göndərilir. Abonent həmin fakturanı elektron formada ödəyir".

E.Əhmədov bildirib ki, bu xidmət abonentlərin "Azərsu" nəzarətçiləri ilə təmasını azaldır: "Xidmətdən istifadə məcburi deyil. Əgər abonent kiminsə onu narahat etməsini istəmirsə, bu xidmətdən istifadə edə bilər. Bəzən nəzarətçilər abonentin ünvanına gedəndə qapını açmırlar və nəticədə yanlış hesab-faktura ortaya çıxır. Bu xidmət belə hallara da son qoyacaq".

Hansı peşə xərçəng xəstəliyi yaradır? - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR