Elza Seyidcahanın "ATV maqazin onlarla" proqramının "Hit parad" rubrikasında Damlanın şəkilini cıraraq "İtim belə Damlaya qulaq asmır" sözləri günlərdir ən çox müzakirə edilən şou xəbərlərdəndir.
Milli.Az xəbər verir ki, "Hər şey daxil"ə Tolikin dəvətini qəbul etməyən əməkdar artist Elza Seyidcahanla bağlı danışan qonaqlardan birinin "Titulu olan sənətkarları müzskirə etməyə ehtiyac yoxdur" sözləri prodüser-aparıcını qəzəbləndirib.
Tolik "İstəyir xalq artisti olsun, istəyir şöhrət ordeni olsun... Mənim İlhamə xanımla o qədər problemim olurdu ki. Ölü dalınca danışmıram. O nə deməkdir "Əməkdar artistə heç nə demək olmaz". Gəlsin otursun boynumda. Elə şey yoxdur!" sözləri ilə qonağın fikirlərinə sərt reaksiya verib.
Məhəmməd Vaqif
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

