Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə günorta saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 16 mərtəbəli binanın sonuncu mərtəbəsində elektrik lövhəsində tüstülənməni görən sakinlər təşvişə düşüblər. Onlar dərhal yanğınsöndürənlərə məlumat veriblər.
Əraziyə dövlət yanğından mühafizə xidmətinin və xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri gəlib.
Binanın sakinləri təxliyyə edilib. Çox çəkməyib ki, yanğının qarşısı alınıb. Çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının beş briqadası cəlb edilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə yerində olan təcili yardım həkimləri 4 nəfərə ilkin tibbi yardım göstərib, 1 nəfər tüstüdən zərər çəkib, həmin şəxs isə kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
