Beynəlxalq ekspertlər dünyanın ən pis və ən yaxşı yolları olan ölkələrin reytinqini hazırlayıblar.

Publika.az xəbər verir ki, 2017-2018-ci illər qlobal rəqabətə davamlılıq indeksinin siyahısına 137 dövlət düşüb.

Ən pis yollar Mavritaniya, Konqo, Haiti, Madaqaskar, Qvineya, Yəmən, Paraqvay, Ukrayna, Mozambik və Moldovadadır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ən keyfiyyətli yollara sahibdir. Ölkə 6,4 bal (maksimal yeddi bal) toplayıb. İkinci yerdə Sinqapur, üçüncü yerdə İsveçrə qərarlaşıb. Honkonq (Çinin xüsusi inzibati ərazisi hesab edilir), Niderland, Yaponiya, Fransa, Portuqaliya, Avstriya və ABŞ ilk onluğu tamamlayır.

Rusiya 114-cü yerdə qərarlaşıb. Azərbaycan 36-cı yerdə olmaqla post-sovet ölkələri arasında ən yaşı mövqedədir. Ermənistan 85, Gürcüstan isə 82-ci yerdədir.

Ömər