ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı
əməkdar artist Elza Seyidcahan olub.
Publika.az xəbər verir ki, əməkdar artist "ATV
maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasında müğənni
Damlanın şəklini cırmasından danışıb:
“Konservatoriya, bəstəkarlıq və musiqi təhsiliniz olmadan bu
camiaya düşmüsüz. Xalq sizi toylarına çağıra bilər. Kimsə hansısa
müğənninin mahnılarının evində səslənməsini istəyə bilər, onlara
hörmət edirəm. Şəxsən mənim evimdə, hətta əşyaların belə o musqini
eşidə bilməz. Efirdə demişəm ki, mənim itim, pişiyim belə qulaq asa
bilməz. Çünki heyvanlara tərbiyə verib bəzi hərəkətləri öyrətmək
olar. Həmin verilişdə o müğənninin şəkli də var idi. O mövzuda, o
stildə musiqi başqasının da şəkli olsa idi, mən onu da
cıracaqdım”.
Damla haqqında daha danışmaq istəmədiyini söyəyən Elza Seyidcahan sözlərinə əlavə edib ki, anası onu efirə çıxmağa qadağa qoyub:
“Mən bu verilişə də gəlməyəcəkdim, saqqızımı oğurlayırlar deyə
gəlirəm. Deyəsən, bundan sonra efirlərdən ayağımı kəsəcəm. Anam
mənə efirə çıxmağa qadağa qoyub. Düz edir, çünki aparıcı məni
çağırıb hansısa müğənni barəsində danışdırır, səhəri gün isə həmin
müğənnini otuzdurub verilişlərində tərifləyir”.
Qeyd edək ki, Elza Seyidcahan verlişlərin birində Damlanın şəklini
cırıb və barəsində bu sözləri demişdi:
“Adı Məsumədir. Adını edib Damla, yox bir damcı. Elə damcıdır da.
Bu gün var, sabah yoxdur. Birazdan dalğa qoyar adını. Olar “Dalğa”.
Onunla bir vaxt efirdə oturdum. Mənə dedilər ki, yetim qızdır,
qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var
imiş”.
Əməkdar artsit daha sonra Tolikin verilişində əməkdar artistə "Üzeyir Hacıbəyov öldü getdi, indi meydan gənclərindir" deməsinə münasibət bildirib:
"Dahi Üzeyir Hacıbəyov ölə bilərmi? Aparıcı deyir ki, o müğənnilərin ordusu var. Bizim bir ordumuz var, o da ki, Milli Ordudur".