Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib.

C.Bayramov əlavə edib ki, peşəkar kadrların hazırlanması istiqamətində də aktiv işlər aparılır.

O qeyd edib ki, ali təhsil və ilk peşə ixtisası sahəsində bəzi dəyişikliklərin edilməsinə başlanılıb: "Son bir neçə ildə ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz, yaxud 4 min nəfər artıb".

Bakıda film kimi cinayət - Ürəyindən bıçaqlanan sürücü ... - Oxumaq üçün tıkla