"Trabzonspor"un futbolçusu Murat Cem Azərbaycan millisindən təklif alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı gənc yarımmüdafiəçi özü verib.

Ötən mövsümün ikinci dövrəsini icarə əsasında "1461 Trabzon"da keçirən 19 yaşlı orta sahə oyunçusu AFFA-nın dəvətini qəbul etmədiyini söyləyib: "Tranzonspor"un aşağı yaş qrupunda çıxış etdiyim vaxt Azərbaycandan təklif almışdım. Məni bu ölkənin U-18 komandasına çağırmışdılar. Lakin təklifi qəbul etmədim. Çünki Türkiyə millisindən dəvət gözləyirdim. Ancaq Türkiyə yığmasına da çağırılmadığım üçün çox məyus olmuşdum".

Yenidən "Trabzonspor"a qayıdan Murat Cem bu klubun U-21 komandasına qoşulub.

Qeyd edək ki, Murat Cem 2016-cı ildə Azərbaycanın U-17 yığmasının heyətində 4 yoxlama görüşündə iştirak edib.

Milli.Az