Müğənni Samira Allahverdi küsülü olduğu əməkdar artistlər Elza Seyidcahan və Lalə Məmmədova ilə bağlı sualları cavablandırıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənnilər eyni məkanda üz-üzə gəliblər. Onları "Xəzər maqazin" görüntüləyib.
S.Allahverdi isə Elza ilə bağlı sualları cavabsız qoyub və bu haqda danışmaq istəmədiyini deyib.
Samira L.Məmmədovadan danışaraq artıq barışdıqlarını bildirib:
"Lalə Məmmədova heç vaxt məndən inciyə bilməz. Bizim onunla illərə dayanan dostluğumuz var. Aramızda yüngülvari bir şey olmuşdu. Öz aramızda həll etdik".
Milli.Az