"Maşın"ın ilk final gecəsində problem yaşandı

"Maşın 16"ın ilk final gecəsi baş tutub.

Metbuat.az axşam.az-a istinadən bildirir ki, xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şou bu günə kimi bir çox maraqlı, gərgin, qalmaqallı hadisələri ilə yadda qalıb.

"Xanımlar və Cənablar-2" devizi altında davam edən oyunda finala müğənni Roza Zərgərli, blogger Hüseyn Əzizoğlu və reper Uran qalıb.

Qaydalara əsasən, əlini ilk götürən uduzmuş, son götürən qalib hesab olunacaq. Bundan başqa, bu gündən etibarən iştirakçılar iki saat əlini dəyişməyəcəklər.

Dünən iştirakçılara dəstək olmaq üçün bir çox müğənnilər də verilişə dəvət alıblar. Lakin yaranmış texniki problemlər üzündən 40 dəqiqəyə yaxın verilişin yayımında fasilə yaranıb, əvəzində reklamlar gedib. Ona görə yalnız müğənni Ceyhun Əliyev musiqisini təqdim edə bilib.

Bununla bağlı "Maşın"ın İnstaqram rəsmi səhifəsində Murad Dadaşovun video-müraciəti yayılıb.

O bildirib ki, yaranmış texniki problemlərə görə verilişdə kəsilmə baş verib.

Xatırladaq ki, oyuna mübarizə aparmaq üçün aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, aktrisa Pərvin Abıyeva, meyxanaçı Ələkbər Yasamallı qatılmışdı.


Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR