Türkiyə millisinin sabiq futbolçusu Halil Altıntop karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi son olaraq şərəfini qoruduğu "Kayzerslautern"lə müqaviləsini qarşılıqlı razılıq əsasında pozandan sonra qərarını elan edib. Hazırda klub Altıntop-a aşağı yaş qruplarında məşqçilik vəzifəsi vermək barədə düşünür.

Halil karyerası ərzində "Şalke", "Ayntraxt", "Trabzonspor", "Augsburg" və "Slaviya"nın formasını geyinib.

Milli.Az