Bakıda yaşayış binasında yanğın baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, "Elmlər Akademiyası" metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, "Mothercare" mağazasının yerləşdiyi binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Milli.Az