Futbol üzrə dünya çempionatında III turun daha iki oyunu keçirilib.
Publika.az xəbər verir ki, "B" qrupunda İspaniya Mərakeş, Portuqaliya isə İranla qarşılaşıb.
Paralel keçən qarşılaşmalarda qollu bərabərlik qeydə alınıb və iki oyunun nəticəsinə görə İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 final mərhələsinə vəsiqə qazanıb. İran və Mərakeş yığmaları isə qrupda qalıb. Reqlamentə görə İspaniya "play-off" mərhələsində "A" qrupunun ikincisi Rusiya, Portuqaliya isə qrupda birinci yeri tutan Uruqvayla qarşılaşacaq.
DÇ-2018. 3-cü tur
B qrupu
İspaniya – Mərakeş 2:2
Qollar: 0:1 – Butaib – 14, 1:1 – İsko – 19, 1:2 – Ən-Nəsiri – 81, 2:2 – Aspas – 90+1
İran – Portuqaliya 1:1
Qollar: 0:1 – Kuarejma – 45, 1:1 – Ansarifard – 90+3 (pen)
***
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında A qrupunda qrup mərhələsinə yekun vurulub.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Misirlə üz-üzə gəlib. Qarşılaşma Səudiyyə Ərəbistanının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Səudiyyə Ərəbistanı qrup mərhələsini 3, Misir isə xalsız başa vurub.
Uruqvay isə Rusiya ilə üz-üzə gəlib. Uruqvay yığması rəqibini 3:0 hesabı ilə məğlub edib.
Üç oyunun hamısında qələbə qazanan Uruqvay qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb.
DÇ-2018
25 iyun
III tur
A qrupu
18:00. Səudiyyə Ərəbistanı - Misir 2:1
Qollar: Salman əl-Fərəc, 45+6 (penalti ilə). Salem əl-Dosari, 90+5 - Məhəmməd Salah, 22
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)
Volqoqrad, "Volqoqrad Arena"
18:00. Uruqvay - Rusiya 3:0
Qol: Luis Suares, 10, Denis Çerışev, 23 - öz qapısına, Edinson Kavani, 90
Qırmızı vərəqə: İqor Smolnikov, 36
Hakimlər: Malanq Didhyu, Cibril Kamara, El Haci Kamara (hamısı Seneqal), Bamlak Tessema Veyeza (Efiopiya), Hasan Əlməhri (BƏƏ)
Samara, "Samara Arena"
***
Dünya çempionatının qrup mərhələsində son tur start götürüb.
18:00. Uruqvay - Rusiya - 2:0 (İkinci hissə)
Qol: Luis Suares- 10, (1:0), D. Çerışev, 23-avtoqol
(2:0)
Qırmızı vərəqə: İ.Smolnikov, 36
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. "Samara Arena"
18:00. Səudiyyə Ərəbistanı - Misir - 0:1 (İkinci
hissə)
Qollar: M. Salah, 22 (0:1), S. Əl-Hadari,
45+2-penalti (1:1)
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. "Volqoqrad Arena"
***
DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda keçiriləcək Səudiyyə - Ərəbistanı oyunu üçün start heyətlər açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana şağıdakı 11-liklərlə çıxacaqlar:
Səudiyyə Ərəbistanı: Əl-Musaylem, Osama, Əlburayk, Əl-Fərəc, Bahebri, Otayf, Əl-Müqəhvi, Əl-Dosari, Havsavi, Əl-Müşəllad, Əl-Şəhrani
Misir: Əl-Haydari, Əli Həbr, Heqazi, Fathi, Tarik Həməd, Mərvan Mohsen, Məhəmməd Salah, Məhəmməd Abdelşafi, Məhəmməd Elneni, Abdulla Səid, Trezege
Qeyd edək ki, Səudiyyə Ərəbistanı – Misir oyunu Bakı vaxtı ilə 18:00-da başlayacaq.
***
DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda bu gün Bakı
vaxtı ilə saat 18:00-da başlayacaq Uruqvay-Rusiya oyunu üçün start
heyətlər açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana
şağıdakı 11-liklərlə çıxacaqlar:
Uruqvay: Muslera, Qodin, Bentankur, Nandes,
Suares, Torreyra, Vesino, Laksal, Koates, Kavani, Kasares
Rusiya: Akinfeyev, Kutepov, İqnaşeviç, Çerışev,
Qazinski, Zobnin, Kudryaşov, Mirançuk, Səmədov, Dzyuba,
Smolnikov
***
Bu gün DÇ-2018-də 3-cü tur start götürəcək.
Publika.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizəyə yekun vurulacaq.
A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstündür.
Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir üz-üzə gələcək.
B qrupunda isə vəziyyət gərgindir. 1/8 finala çıxmağa 3 komanda namizəddir. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdı. Əks halda, İspaniya - Mərakeş oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala qonşular yüksələcəklər.
DÇ-2018. 3-cü tur
25 iyun
A qrupu
18:00. Uruqvay - Rusiya
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara, "Samara Arena"
18:00. Səudiyyə Ərəbistanı - Misir
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad, "Volqoqrad Arena"
Turnir cədvəli
|
1. |
Rusiya |
2 |
2 |
0 |
0 |
8-1 |
6 |
|
2. |
Uruqvay |
2 |
2 |
0 |
0 |
2-0 |
6 |
|
3. |
Misir |
2 |
0 |
0 |
2 |
1-4 |
0 |
|
4. |
Səudiyyə Ərəbistanı |
2 |
0 |
0 |
2 |
0-6 |
0 |
B qrupu
22:00. İran - Portuqaliya
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk, "Mordoviya Arena"
22:00. İspaniya - Mərakeş
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad, “Kalininqrad” stadionu
Turnir cədvəli
|
1. |
İspaniya |
2 |
1 |
1 |
0 |
4-3 |
4 |
|
2. |
Portuqaliya |
2 |
1 |
1 |
0 |
4-3 |
4 |
|
3. |
İran |
2 |
1 |
0 |
1 |
1-1 |
3 |
|
4. |
Mərakeş |
2 |
0 |
0 |
2 |
0-2 |
0 |