Millimizin hücumçusu Ramil Şeydayev müqavilə ilə məxsus olduğu "Trabzonspor"a qayıdıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu komandanın yeni mövsüm üçün ilk məşqində iştirak edib.
Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb. Onun Avstriyanın "Mattersburq"a klubuna keçəcəyi gözlənilir.
Milli.Az