ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı
Əməkdar artisti Elza Seyidcahan olub.
Publika.az xəbər verir ki, verilişdə “İctimai
yerdə necə geyinmək lazımdır?” mövzusu müzakirə olunub.
Əməkdar artist mövzu ilə əlaqədar fikrini bildirərək deyib ki, hər
yerin öz geyim qaydası var:
“Tələbə vaxtı idi, konservatoriyada oxuyanda Alim Qasımovun evinə
getmişdim. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək
geyindim ki, rahat olum. Geyim axı insanın daxili kökündən,
sənətindən xəbər verir. Allah rəhmət etsin anasına. Alim müəllim
dedi ki, anam deyir ki, ay Alim bu nə yaxşı qızdır, nə uzun tumanı
var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik
də geyinirəm. Amma hər yerin öz geyimi var”.